Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın maliyyə direktoru şirkətdən gedir


ABŞ-ın “Apple” şirkətinin maliyyə direktoru Piter Oppenqeymer cari ilin sentyabrında təqaüdə çıxacaq. Bu haqda korporasiyanın rəsmi saytında yazılıb.

Maliyyə və korporativ nəzarət üzrə vitse-prezident vəzifəsində çalışan Luka Maestri bu vəzifəyə təyin ediləcək.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Oppenqeymer 1996-cı ildə “Apple”da işə düzəlib, satışla məşğul olub və bundan sonra maliyyə seqmentinə rəhbərlik edib.

“Apple”ın direktoru Tim Kukun sözlərinə görə, Oppenqeymerin işlədiyi  müddətdə şirkətin gəliri 8-dən 171 milyard dollaradək artıb, korporasiyanın dünya bazarlarında fəaliyyəti xeyli genişlənib.

"Onun biliyi, liderlik qabiliyyəti və təcrübəsi “Apple” şirkətinin uğurunda böyük rol oynayıb" – Kuk deyib.

Emil Hüseynov




05/03/14    Çap et