Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony”: “PS4” oyun konsollarının satış həcmi 6 milyonu ötüb


Yaponiyanın “Sony” şirkəti açıqlayıb ki, cari ilin mart ayının 2-nə olan vəziyyətə görə yeni “Playstation 4” oyun konsolunun satış həcmi 6 milyon təşkil edib. Bu göstərici cari maliyyə ili üzrə daha əvvəl elan edilmiş proqnozu ötüb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Sony” cari il ilk öncə 5 milyon konsol satmağı planlaşdırıb.

Xatırladaq ki, “Sony” şirkəti “Playstation 4” oyun konsolunu noyabrın sonunda ABŞ, Qərbi Avropa və Latın Amerikasında, fevralın sonunda isə Yaponiyada satışa çıxarıb.

Emil Hüseynov
 




05/03/14    Çap et