Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo!” internet şirkəti “Google” və “Facebook” hesabları vasitəsilə xidmətlərinə girişi bağlayır
“Yahoo!” internet şirkətinə məxsus xidmətlərin istifadəçiləri artıq “Google” və “Facebook” hesabları vasitəsilə onlardan istifadə edə bilməyəcəklər. Bu barədə şirkətin rəsmi nümayəndəsinin bəyanatına istinadən “Röyters” agentliyi yazıb.
“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, yeni sistem istifadəçilərdən internet nəhənginə məxsus xidmətlərə giriş üçün “Yahoo ID” tələb edəcək. Şirkət öz saytlarını tədricən yeni sistemə keçirəcək. Başqa xidmətlərdə yeni identifikasiya sisteminin tətbiqi müddəti hələ ki açıqlanmır, hərçənd “Yahoo!” nümayəndəsi “Röyters” agentliyinə deyib ki, dəyişikliklər şirkətin bütün internet resurslarında tətbiq ediləcək.
2013-cü ildə “Yahoo!” şirkəti 1,37 milyard dollar məbləğində gəlir qazanıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 65 faiz azdır.
Emil Hüseynov
05/03/14 Çap et