Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” şirkəti 9,2 düymlük ucuz planşet hazırlayır



"GFXBench" bençmarkının bazasında "Xiaomi" şirkətinin 1280×720 nöqtə təsvir ölçülü ekranla təchiz edilmiş yeni qurğusu haqqında məlumatlar yer alıb.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, planşet 1.6 QHs takt tezlikli "Snapdragon 400" dördnüvəli çipi və "Adreno 305" qrafikası, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, 1,5 meqapiksellik ön, "Full HD" formatında video çəkilişini dəstəkləyən 7 meqapiksellik əsas fotomodulla təchiz edilib.

 
Ehtimal ki "Xiaomi" şirkətinin birinci planşeti "3G" şəbəkəsini dəstəkləyəcək və səs zəngləri etməyə icazə verəcək. Sınaqdan keçirilmiş qurğuda "Android 4.3" əməliyyat sistemi quraşdırılıb.
 
Planşetin qiyməti haqqında hələ ki informasiya yoxdur.
 
Emil Hüseynov




06/03/14    Çap et