Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android 4.4 KitKat” versiyası bazarın 2,5 faizinə nəzarət edir
“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlıq səviyyəsi haqqında informasiyanı bölüşüb.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, ən populyar versiya “Android 4.1 Jelly Bean”dir: onun bazar payı 35,3 faizdir. Ötən ayla müqayisədə bu platformanın bazar payı 0,2 faiz azalıb. İkinci yerdə 19 faiz göstərici ilə “Android 2.3.3-2.3.7 Gingerbread” platforması qərarlaşıb: bir ayda bazar payı 1 faiz azalıb. Üçüncü yerdə 17.1 faiz göstəriciyə malik “Android 4.2 Jelly Bean” versiyası qərarlaşıb.
Dördüncü yerdə 15.2 faiz göstəriciyə malik “Android 4.0 Ice Cream Sandwich” versiyası qərarlaşıb. Reytinqdə beşinci yerdə “Android 4.3 Jelly Bean” versiyasıdır.
Emil Hüseynov
06/03/14 Çap et