Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” “Vizify” şirkətini satın alır


Sosial media məlumatları əsasında vizuallaşdırma yaratmağa icazə verən "Vizify" startapı "Yahoo!" tərəfindən satın alınıb. Sazişin maliyyə şərtləri açıqlanmır.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, satın alınmış şirkətin texnologiyaları insanlara şəbəkədə mübadilə etdiyi məlumatlar əsasında infoqrafika və video yaratmağa icazə verir. Ödənişli tarif planından istifadə edən Premium istifadəçilər öz materiallarını "Vizify" serverlərində yerləşdirə bilərlər.
 
Şirkətin bəyanatına əsasən, tərtibatçılar komandası "Yahoo!"-ya qoşulan kimi "Vizify" bağlanacaq.
 
Emil Hüseynov




06/03/14    Çap et