Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalıların əksəriyyəti kompüter terminlərindən xəbərsizdirlər


“Vouchercloud” resursunun öz saytının istifadəçiləri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, amerikalıların 77 faizi “SEO” (Search Engine Optimization, "axtarış optimallaşdırması") abreviaturasının açılışı barədə məlumatı yoxdur.

“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, rəyi soruşulanların 27 faizi hesab edir ki, "qiqabayt" kompüter termini Cənubi Amerikada hansısa bir həşəratın adıdır. Respondentlərin 42 faizi "motherboard" (sistem lövhə) terminini səyahət laynerində əsas göyərtə anlamında başa düşür.

Amerikalıların 23 faizi əmindirlər ki, MP3 – bu, "Ulduz müharibələri”ndə robotun adıdır. Əksəriyyət “Blu-ray” terminindən xəbərsizdir, respondentlərin 18 faizi hesab edir ki, dəniz heyvanıdır, 12 faiz “USB” termini dedikdə Avropa ölkələrindən birinin adının qısaldılmış forması olduğu fikrindədir.

Emil Hüseynov




06/03/14    Çap et