Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq ediləcək


Səhiyyənin təşkilində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində daha bir addım atılıb.
 
Bundan sonra Azərbaycanda profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq ediləcək.
 
Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən  mətbuata verilən məlumata görə, xidmətin məqsədi nazirlik tərəfindən tətbiq olunan “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndən uşaqların növbəti profilaktik peyvəndlərin adı və vaxtı barədə məlumatların mobil telefon rabitəsinin qısa mesaj (SMS) xidməti vasitəsilə özləri və ya onların qanuni nümayəndələri tərəfindən əldə olunmasıdır.
 
Xidmətdən istifadə etmək üçün mobil telefon vasitəsilə 9103 nömrəsinə PEYVEND sözü və uşağın “Elektron Sağlamlıq Kartı”ndakı 12 rəqəmli Unikal kodu qısa mesaj (SMS) göndərilməlidir.
 
Qısa müddət ərzində sistem növbəti peyvənd barədə məlumatları abonentə göndərir. Əgər immunoprofilaktika təqviminə görə peyvənd nəzərdə tutulmayıbsa, müvafiq məlumat verilir. Xidmətdən bütün mobil operatorun istifadəçiləri yararlana bilərlər.
 
Seymur




06/03/14    Çap et