“Opera” mobil brauzerindən birbaşa videozənglər etmək mümkün olacaq
"Opera Software" şirkəti "Android" əsaslı qurğular üçün "Opera 20" brauzerini çıxarıb. Brauzer "WebRTC" internet protokolunu dəstəkləyir.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "WebRTC" protokolu sayəsində birbaşa brauzerdən videozənglər həyata keçirmək olar.
"Opera 20"-nin əsasını "Blink" mühərriki əsasında yaradılmış "Chromium 33" brauzeri təşkil edir. "Opera Software" əvvəllər brauzerlərində "Presto" mühərrikindən istifadə edib, lakin 2013-cü ildə ondan imtina edərək "WebKit"dən istifadəyə başlayıb.
"Opera" brauzeri "WebRTC" internet protokolundan istifadə edən yeganə mobil brauzer deyil.
2013-cü ildən sözügedən protokol "Android" platforması üçün "Chrome" və "Firefox" brauzerlərində tətbiq olunub.
Emil Hüseynov