Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil Nazirliyində “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri ilə görüş keçirilib


Təhsil Nazirliyində “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
İlk öncə nazirlik və “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri arasında 4-5 mart 2014-cü il tarixlərində keçirilmiş görüş, müzakirə olunan məsələlər və reallaşdırılması nəzərdə tutulan proqramların əhəmiyyəti barədə nazirə məlumat verilib.

Bildirilib ki, görüşdə, “Microsoft Azərbaycan” şirkəti tərəfindən “Microsoft” İnnovativ Məktəb (Microsoft İnnovative School) proqramının təqdimatı keçirilib.
 
Təqdimatda qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan “Microsoft” Müəllim Sertifikatlaşma Proqramı, İT Akademiya, “Microsoft” Yerli Dil Proqramı, “Microsoft Ofis 365” platforması və “Partners in Learning” Qlobal Forumu barədə ətraflı məlumatın təqdim edildiyi nəzərə çatdırılıb. Həmçinin, ilkin kompüter bilikləri, texnologiya kurrikulumu, təhsilin dizayn kurrikulumu  və müəllimlərin professional inkişafı kimi mövzular ətrafında müzakirələr aparılıb.
 
Qeyd edək ki, Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin nümayəndələri arasında keçirilmiş ikigünlük görüşdə Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Camal Qasımov, Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, Məktəbəqədər və ümumi təhsil şöbəsinin baş məsləhətçisi Vəfa Yaqublu, Milli Qiymətləndirmə Layihələri üzrə məsləhətçi Nərminə Əliyeva, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, “Microsoft Azərbaycan” şirkətinin ölkə üzrə direktoru Rüfət Hacıəlibəyov, “Microsoft” şirkətinin Şərqi Avropa regionu üzrə “Partners in Learning” proqramının meneceri Teo Milev, “Microsoft” şirkətinin Şərqi Avropa regionu üzrə satış mütəxəssisi Aleksandr Yaşukov, Türkiyənin “SEBİT” – Təhsil və İnformasiya Texnologiyaları şirkətinin nümayəndələri Kürşat Günenc və İlker Helvacı, “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov, “Microsoft Azərbaycan” şirkətinin dövlət qurumları ilə iş üzrə departamentinin direktoru Eldar Cahangirov və “Microsoft” texnologiyaları üzrə məsləhətçi mütəxəssis Qaçay Mirzəyev iştirak ediblər.
 
Həqiqət İSABALAYEVA




07/03/14    Çap et