Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir


MI6 xarici kəşfiyyatının Britaniya xidməti internetdə "Pirojna" xüsusi əməliyyatını keçirib. Əməliyyatın gedişatında Britaniya hakerləri "Əl-Kaidə" beynəlxalq terror təşkilatı tərəfindən yaradılmış təşviqat saytını sındırıblar və yeni başlayanlar üçün "İslamın döyüşçüləri" təlimatını pirojna reseptləri ilə əvəz ediblər.
Saytda yerləşdirilən 67 səhifəli dərslikdə əvvəllər evdə bombanı necə hazırlamaqla bağlı məlumatlar olduğu halda, indi Ellen Decenerin komediya tok-şousu markası altında buraxılmış "Amerikanın ən yaxşı pirojnaları" kitabını əldə etmək mümkündür.
Pirojnaların çeşidi üçün Ohayo ştatında yerləşən “Main Street Cupcakes” şirkəti cavabdehlik daşıyır.




03/06/11    Çap et