Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google+”-un uğurları “Facebook”u narahat etmir
“Facebook” rəhbərliyinin “Google+” platformasının həddindən artıq aktiv artması ilə əlaqədar narahat olması ilə bağlı şayiələr çox şişirdilmiş olub. “Facebook” nümayəndələri bildiriblər ki, yaxın vaxtlarda istifadəyə verilən “Google+” layihəsinin müvəffəqiyyətləri onları heç narahat etmir. "Biz “Google+” layihəsi haqqında narahat olaraq vaxt itirmirik, biz öz şəxsi layihəmiz haqqında narahat olmağa üstünlük veririk"- Bunu “Facebook” oyun əməkdaşlığı üzrə direktoru Şon Rayan deyib:
Mütəxəssislər əmindirlər ki, “Google+” layihəsinin sürətli inkişafının “Facebook”u narahat etmədiyi elə də həqiqətə uyğun deyil. Əslində “Facebook” “Google+” platformasının yarandığı gündən (28 iyul) onunla aktiv rəqabət aparır. "Bizim şəbəkəmizin konsepsiyası tamamilə “Google+” platformasına köçürülüb, amma “Google” tez-tez belə edir. Bizim vəzifəmiz buna mane olmaq deyil, əksinə, platformamızın digərlərindən yaxşı olması üçün onu təkmilləşdirməkdən ibarətdir. Nəticədə istifadəçilər və yaradıcılar anlayacaqlar ki, “Facebook” həminki “Google+” -dan daha yaxşıdır", – deyə Şon Rayan bildirib.
17/08/11 Çap et