Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə İT şirkətləri Avropada alınan patentlərin sayına görə lider olub


Texnoloji şirkətlər 2013-cü ildə Avropada qeydə alınan patentlərin sayı üzrə reytinqdə lider olub. Bu barədə Avropa Patent Komissiyasının hesabatında deyilir.

Əldə edilən patentlərin sayı üzrə Avropa reytinqinin lideri 2833 patent alan Cənubi Koreyanın “Samsung” şirkətidir. Reytinqin liderlər üçlüyünə həmçinin “Siemens” (1974 patent) və “Philips” (1839 patent) şirkətləri daxildir. 2013-cü ilin yekunları üzrə patent sayını xeyli artıran digər texnoloji şirkətlərdən reytinqdə “LG”, “Qualcomm” və “Ericsson” yer alıb. Patentlərin sayına görə şirkətlər onluğunda Avropa şirkətlərinin sayı beş təşkil edir.

Ötən il kompüter texnologiyaları ilə əlaqədar patentlərin sayı 2012-ci ilin göstəricisi ilə müqayisədə 5 faiz artaraq 9059 təsdiq edilmiş müraciət təşkil edib. Telekommunikasiya sahəsində həmin dövr ərzində patentlərin sayı 7 faiz azalaraq 9101 ədəd olub. 2013-cü ildə ümumilikdə Avropa Patent Komissiyası 66,7 min patent verib ki, bu da 2012-ci ilin nəticəsindən 1,6 faiz çoxdur.  

2013-cü ildə ABŞ-da ən çox (6,8 min) patent alan şirkət “IBM” olub. Ondan sonrakı yerdə 4,68 min patentlə “Samsung” qərarlaşıb. Patent sayının artım tempinə görə lider payını ilin yekunları üzrə 62 faiz artıran “Qualcomm” şirkəti seçilib. Bundan əlavə, reytinqdə “Google” (11-ci yer) və “Apple” (13-cü yer) şirkətləri öz mövqeyini xeyli möhkəmlədib, - "Digit www.digit.ru” yazır.




07/03/14    Çap et