Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“F#” proqramlaşdırma dili sürətlə populyarlaşır
“Tiobe Community Index”in məlumatına görə, “Microsoft” korporasiyasının dəstəyi ilə yaradılmış “F#” proqramlaşdırma dili müstəqil tərtibatçılar arasında sürətlə populyarlaşır.
Bir il əvvəl “Tiobe” indeksində “F#” proqramlaşdırma dili 69-cu yerdə qərarlaşıb, hazırda o, reytinqdə 12-ci mövqedə qərarlaşıb. “Tiobe”nin proqnozuna görə, daha bir il sonra “F#” dünyanın 10 ən populyar proqramlaşdırma dili sırasında olacaq.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “F#” obyektyönümlü proqramlaşdırma dilidir və proqramçılara sadə kod vasitəsilə mürəkkəb məsələləri həll etməyə icazə verir.
“Tiobe” reytinqi “Google”, “Yahoo!” və” Bing” axtarış mühərriklərinin nəticələri əsasında tərtib edir.
Son reytinqə əsasən, proqramlaşdırma dilləri arasında əvvəlki kimi C liderdir, sonrakı yerdə “Java” qərarlaşıb. Üçüncü yerdə “Objective-C”, sonra “C++” qərarlaşıb. İlk onluqda “PHP”, “Visual Basic”, “Python”, “JavaScript” və “Visual Basic.Net” proqramlaşdırma dilləri yer alıb.
Emil Hüseynov
07/03/14 Çap et