Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” artıq ABŞ-da “BlackBerry OS” sistemindən populyardır


“ComScore” şirkətinin məlumatlarına əsasən, “Windows Phone” (WP) əməliyyat sistemi ABŞ-da populyarlığına görə “BlackBerry OS” platformasını üstələyə bilib və bu, bazarda üçüncü ən populyar mobil əməliyyat sistemidir.
 
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “ComScore” şirkətinin qiymətləndirməsinə əsasən, “Android” platforması Amerika bazarında 51,7 faiz bazar payı ilə liderdir. “iOS” platformasının payı 41,6 faiz təşkil edir.
 
Bununla belə, “Apple” şirkəti Amerika bazarında ən böyük smartfon istehsalçısı adlandırılıb, sonrakı yerlərdə “Samsung” və “LG” şirkətləri qərarlaşıb.
 
“ComScore”dən bildirilib ki, hazırda “Microsoft” korporasiyası “Windows Phone” sisteminin populyarlaşması üçün böyük səy göstərir. Bundan başqa, şirkət Finlandiyanın “Nokia” şirkətinin smartfon biznesini satın almaqla bunu təsdiqləyib.
 
Emil Hüseynov
 




11/03/14    Çap et