Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kubada mobil telefonlardan poçta daxil olmaq mümkün olacaq


Kubanın dövlət telekommunikasiya provayderi “Etecsa” mobil telefonlardan elektron poçta daxil olmaq üçün xidmət göstərməyə başlayıb, bu halda poçt yalnız “nauta.cu” milli portalında qeydiyyatdan keçirilməlidir. Bu barədə ötən həftənin şənbə günü “Juventud Rebelde” qəzeti yazıb.

"Hazırda mobil telefonlar vasitəsilə yalnız “nauta.cu” portalında poçta daxil olmaq mümkün olacaq" – qəzetdə yazılıb. Başqa poçt serverləri hələ ki əlçatmazdırlar, buna görə provayder öz mobil telefonlarının köməyi ilə başqa serverlərdə poçtunu yoxlamaq istəyən kubalılara müvafiq yönləndirməni sazlamağı tövsiyə edir.

“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki, qəbul edilmiş və ya göndərilmiş bir meqabaytın qiyməti təxminən bir ABŞ dolları təşkil edəcək. Bu halda adada orta əməkhaqqı təxminən 20 ABŞ dolları təşkil edir.

Ötən il ölkədə internetə çıxış üçün təxminən 100 dövlət mərkəzi açılıb. “Juventud Rebelde” qəzetinin məlumatına görə, hazırda ölkədə təxminən 2 milyon mobil rabitə abunəçisi var. Adanın əhalisi 11.27 milyon insan təşkil edir.

Emil Hüseynov




11/03/14    Çap et