Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə “LTE” abunəçilərinin sayı 166 faiz artıb


Qlobal Mobil Avadanlıq Tədarükçüləri Assosiasiyasının (GSA) məlumatına görə, 2013-cü ildə mobil rabitə abunəçilərinin sayı 6.25 faiz artaraq 6,78 milyard olub. 3G WCDMA və HSPA şəbəkələrində rabitə xidmətlərinin abunəçilərinin sayı 1,47 milyard istifadəçi təşkil edir.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə LTE abunəçilərinin sayı 125 milyon nəfər artıb. Ümumilikdə  ötən ilin sonunadək LTE abunəçilərinin bazası 200 milyonu ötüb. Onların 50 faizi Şimali Amerika, 39 faizi Asiya-Sakit okean regionu, 8,2 faizi isə Avropada yaşayır.

GSA-nın prezidenti Alan Hadden deyib ki, ötən il LTE abunəçilərinin sayı 166 faiz artıb ki, bu da başqa rabitə texnologiyaları istifadəçilərinin artımı ilə müqayisədə 7 dəfə çoxdur.

Hazırda kommersiya LTE şəbəkələri dünyanın 101 ölkəsində istismara verilib.

“ABI Research” tədqiqatçılarının proqnozlarına görə, 2019-cu ilədək LTE xidmətləri abunəçilərinin sayı 2 milyardı ötəcək və bu auditoriyanın orta illik artım tempi 43 faiz təşkil edəcək.

Emil Hüseynov
 




11/03/14    Çap et