Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” fototətbiqinə kontrastlıq tənzimləyicisi quraşdırıblar


Fotoşəkil və videoçarxlarla mübadilə üçün nəzərdə tutulmuş “Instagram” proqramında fotoşəkillərin kontrastlığını tənzimləməyə icazə verən funksiya istifadəyə verilib.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, funksiya fotoşəkillərin avtomatik “yaxşılaşdırılması” üçün nəzərdə tutulmuş “Lux” alətinin tərkibinə daxildir. Artıq “Lux” alətinin (günəş işarəsi) tab vərəqəsində görsənən diyircəyi irəli və ya geri hərəkət etdirməklə fotoşəklin kontrastlığını dəyişdirmək olar.

 

Kontrastın idarə edilməsi yalnız “iOS” əməliyyat sistemi üçün “Instagram” tətbiqində əlçatandır. Yeni funksiyanın “Android” və “Windows Phone” platformaları üçün proqram versiyasına əlavə edilib-edilməyəcəyi hələlik bilinmir.

“Instagram” ən populyar mobil foto və video xidmətlərindən biridir. Aylıq auditoriyası təxminən 150 milyon istifadəçi təşkil edir. 2012-ci ildən “Instagram” fototətbiqi “Facebook” sosial şəbəkəsinə məxsusdur.

Emil Hüseynov
 
 
 
 




11/03/14    Çap et