Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda elektron ticarətin həcmi artıb
Cari ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 34,5 faiz artaraq 452,5 min manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 82,2 faizini hüquqi, 17,8 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,7 faizini qeyri-ərzaq malları təşkil edib.
CAHANGİR
11/03/14 Çap et