Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İxtisaslaşdırılmış pul hərracları üçün elektron platforma yaradılır


Azərbaycanda ixtisaslaşdırılmış pul hərracları üçün elektron platforma təşkil ediləcək. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən reallaşdırılacaq platforma istiqamətində artıq ilkin addımlar atılıb.

Belə ki, sözügedən proqram təminatını hazırlayacaq şirkət seçilib. Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə, ƏMDK “MinA” şirkətini seçib. Müqavilə qiyməti isə 9558 manatdır.
 
Qeyd edək ki, ixtisaslaşdırılmış pul hərraclarına 2010-cu ildə çek hərracları başa çatandan sonra başlanılıb. Ötən 3 il ərzində 7 hərrac keçirilib. Sonuncu dəfə belə hərrac 2013-cü ilin avqustunda reallaşıb.
 
Hazırda ƏMDK dövlət əmlakına keçən daşınan və daşınmaz əmlakın satışında elektron platformadan istifadə edir.
 
 
Seymur




11/03/14    Çap et