Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin 6 faizi birinci gün ərzində “iOS 7.1” yeniləməsini quraşdırıb


"Chitika" analitik şirkətinin məlumatına görə, ABŞ və Kanadada birinci gün ərzində "Apple iOS 7.1" platformasının yenilənmiş versiyasını istifadəçilərin 6 faizi quraşdırıb.
 
"ICTnews" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, "Apple" şirkəti "iOS 7.1" yeniləməsini "iOS 7" platformasının çıxarılmasından təxminən 6 ay sonra buraxıb. Sistemin əsas üstünlükləri "ağ/qara ekran ölümü" səhvinin aradan qaldırılması, avtomobildə "iPhone" smartfonu ilə işləmək üçün "CarPlay" funksiyasının dəstəklənməsi və s.
 
Analitik şirkətin məlumatına görə, birinci gündə "iOS 7.1" platformasını müvafiq qurğu istifadəçilərinin 5,9 faizi quraşdırıb. Yeniləməni dəstəkləyən qurğuların sırasında "iPhone 4" və ondan sonra çıxan smartfon modelləri, "iPad 2" və ondan sonra çıxmış planşet modelləri yer alır.
 
Emil Hüseynov




12/03/14    Çap et