Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “GreenThrottle” şirkətini satın alır


“Google”un oyun konsol bazarına çıxması haqda uzun müddətdir İT sahəsində şayiələr gəzir. Bu gün “PandoDaily” öz mənbələrinə istinadən deyib ki, “Google” korporasiyası “Android”-qurğular üçün oyun kontrollerləri istehsalçısı “GreenThrottelGames” şirkətini satın alıb.

“GreenThrottle” şirkəti texnologiya dünyasında məşhur insanlar tərəfindən yaradılıb. Şirkətin yaradıcısı ÇarlzXuanq əvvəllər “RedOctane” şirkətinin əsasını qoyub. İki digər yaradıcı MettKrouli və KarlTaunsend “Palm” şirkətində işləyib. “GreenThrottle” şirkəti ötən ilin noyabrında müəmmalı şəkildə bağlanıb, lakin internet nəhəngi ilə saziş indi bağlanılıb.

Emil Hüseynov





12/03/14    Çap et