Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“WhatsApp” messencerində mesajlar arxivi asanlıqla hakerlər tərəfindən ələ keçirilə bilər
Populyar “WhatsApp” messencerində növbəti ciddi boşluq aşkar edilib. Bu dəfə 100 milyonlarla insanın istifadə etdiyi tətbiqin təhlükəsizlik sistemindəki boşluğu şəbəkə təhlükəsizliyi üzrə hollandiyalı mütəxəssis Bas Bosskert aşkar edib.
Belə ki, “WhatsApp” smartfonun yaddaş kartında istifadəçinin mesajlar arxivini yaradır və onları kənar tətbiqə bir neçə sətir zərərli kod əlavə etməklə asanlıqla ələ keçirmək mümkündür.
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, messencer tərtibatçıları artıq problemdən xəbərdardırlar və yaxın gələcəkdə problemi aradan qaldıracaqlar. Hələ ki messencer istifadəçilərinə öz smartfonlarına müxtəlif yeni tətbiqlərin quraşdırılması zamanı ehtiyatlı olmaq tövsiyə edilir.
Emil Hüseynov
13/03/14 Çap et