Avropa İttifaqı internetdə fərdi məlumatların mühafizəsi ilə bağlı yeni qanunlar qəbul edib
Avropa Parlamenti Avropa İttifaqı (Aİ) sakinlərinin fərdi məlumatlarının mühafizəsinə yönələn yeni qanunlar paketinə səs verib.
Qəbul edilən qanunlar mayda keçiriləcək seçkilərdən sonra parlamentin yeni tərkibi tərəfindən təsdiq edildikdən və Avropa Şurası tərəfindən bəyənildikdən sonra qüvvəyə minəcək. Bununla belə, internet şirkətləri Avropada tezliklə qüvvəyə minəcək yeni qanunlarla işləməyə hazır olmalıdır. Nəzərə almaq lazımdır ki, qanunvericilik Aİ vətəndaşları ilə işləyən xarici servislərə də şamil olunacaq.
Qəbul edilən qanunlar arasında Aİ-də fərdi məlumatların mühafizəsi qaydalarının pozulmasına görə cərimənin (100 milyon avroyadək) artırılması, toplanan məlumatlardan Aİ-dən kənarda istifadə etmək imkanına qoyulan məhdudiyyətlər, ABŞ hakimiyyətinə Avropa vətəndaşlarının maliyyə məlumatlarına çıxışı təmin edən “Terrorist Finance Tracking Program” qanununun ləğvi yer alıb. Bundan başqa, vətəndaşlar öz məlumatlarının emalına mütləq razılıq verməli və toplanan məlumatın elektron nüsxəsini əldə etmək, eləcə də bütün toplanan məlumatların (ictimai maraq doğuran hallar – jurnalistləri qoruyan düzəliş istisna olmaqla) ləğv edilməsi hüququna malik olmalıdırlar. Bütün bunlar ABŞ şirkətlərinin Aİ-dəki fəaliyyətini çətinləşdirə bilər.
“Məlumatların güclü mühafizəsi Avropanın şüarına çevrilməlidir. Məlumatların mühafizəsi Avropada hazırlanıb. ABŞ-da baş verən casus qalmaqallarından sonra məlumatların mühafizəsi əvvəlkindən daha çox əhəmiyyət kəsb edir”, - Aİ-nin ədliyyə, fundamental hüquq və vətəndaşlıq üzrə komissarı Vivyen Redinq qeyd edib, - "IT Expert
www.itexpert.org.ua” yazır.