Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Amazon” öz onlayn radio xidmətini istifadəyə verəcək
"Amazon" şirkəti musiqi axınının səsləndirilməsi üçün xidmətin yaradılması üzərində işləyir. Layihə artıq bazarda öz yerini tutmuş "iTunes Radio", "Pandora" və "Google Music" xidmətləri ilə rəqabət aparacaq.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, anonim mənbələrin iddiasına əsasən, hazırda "Amazon" böyük müəllif hüquq sahibləri (Universal, Warner Music, Sony və digərləri) ilə aktiv danışıqlar aparır.
Xidmət onlayn rejimdə çoxlu sayda müxtəlif janrda musiqi dinləməyə icazə verəcək. İstifadəçinin verdiyi üstünlüklərdən asılı olaraq müxtəlif musiqi əsərləri seçiləcək. Bununla belə, istifadəçi konkret musiqi əsərlərini tez-tez dinlədiyi halda, xidmət onları satın almağı təklif edəcək.
Hazırda şirkətin "Amazon Prime" xidməti mövcuddur: axın rejimində videoməzmun izləməyə icazə verir. Xidmətin illik dəyəri 79 dollar təşkil edir. Ehtimal ki, musiqi xidməti "Prime"ın bir hissəsi olacaq.
Emil Hüseynov
13/03/14 Çap et