Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni dizaynlı optik-lif kabellər yaradılıb


“Intel” korporasiyası tərəfdaş “Corning” və “US Conec” şirkətləri ilə birgə “MXC” optik-lif kabellərinin məlumat emalı mərkəzlərində istifadəsi üçün yeni dizaynını hazırlayıb. Bu kabellər vasitəsilə hər iki tərəfə (ümumilikdə 1,6 terabit/saniyə) 800 Qbit/saniyə sürətində məlumat ötürmək mümkündür.  

Kabellərdə bir optik-lif üçün 25 Qbit/saniyə sürətində buraxılış qabiliyyətini nəzərdə tutan “Silicon Photonics” texnologiyasından istifadə olunub. Bir il əvvəl “Intel” hər iki tərəf üçün 100 Qbit/saniyə sürətini nümayiş etdirərək səkkiz optik-lif kanalı birləşdirib. Hazırda isə xeyli irəliləyişə nail olunub. “MXC” interfeysi 64 optik-lifi (hər tərəf üçün 32 optik-lif) bir araya gətirib və 800+800 Qbit/saniyəyədək sürət nümayiş etdirib. Bu, müasir məlumat emalı mərkəzlərindəki standart 10 Qbit/saniyədən xeyli yüksəkdir.
Lif kabeli mislə müqayisədə daha çox uzatmağa imkan verir: “MXC” trafik mübadiləsi nöqtələri arasında 300 metrədək məsafəyə şərait yardır.

“Intel” “MXC”-in 2014-cü ilin üçüncü rübündə kommersiya istifadəsinə veriləcəyini bildirir. 8, 16, 32 və ya 64 Qbit/saniyə tutumlu optik-lifləri sifariş etmək mümkün olacaq. Məlumdur ki, hazırda 800+800 Qbit/saniyə superkompüterlərdən başqa heç yerdə tətbiq edilmir, digər tərəfdən isə trafikin həcmi durmadan artır. Gələcəkdə “Intel” “MXC”-i server dayaqlarının daxilinə inteqrasiyasını planlaşdırır, - “Xaker www.xakep.ru” yazır.




13/03/14    Çap et