Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə sahəsində orta aylıq nominal əməkhaqqı artıb


Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1492,3 min nəfərdir. “ICTnews” elektron xəbər xidmətinin Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, muzdluların 896,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 595,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərir.

2014-cü il fevralın 1-nə olan vəziyyətə görə, muzdla işləyənlərin 22,7 faizi təhsildə, 18,8 faizi ticarət, 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olur.
 
2014-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 426,3 manat olub. İqtisadiyyatın peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə orta aylıq nominal əməkhaqqının daha yüksək olması qeydə alınıb.
 
SEYMUR
 




13/03/14    Çap et