Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azercell”dən bir ilk
Bu bahar “Azercell” abunəçilərinə bolluca sevinc gətirdi, çünki Novruz ərəfəsində “Azercell” onlara müxtəlif kampaniyalar və yeni imkanlar təqdim etməyə davam edir. “Azercell” bu dəfə endirimli bölgə tarifini təqdim etməklə bölgələrdəki korporativ abunəçilərini sevindirir. Bölgələrdə fəaliyyət göstərən abunəçilər üçün “Korporativ Bölgə” tarifini istifadəyə verən “Azercell” bütün şirkətləri 4,5 milyonluq abunəçi ailəsinə qoşulmağa səsləyir.
Yeni endirimli tarifə uyğun olaraq, bölgələrdə yerləşən şirkətlər bütün istiqamətlərdə 3 qəpik tarifi ilə danışacaqlar. Eyni zamanda, şirkətin daxilində edilən bütün zənglər pulsuzdur. Yeni tarifə görə, 1 sms cəmi 1 qəpik, 1 MMS isə 5 qəpik tarifi ilə hesablanacaq. Onu da bildirək ki, “BizKlub” üzvləri üçün də “BizKlub” daxilində zənglər pulsuzdur. “Azercell”in korporativ abunəçilərinə təqdim etdiyi bu tarifə qoşulmaq üçün abunəçilər istəklərini əks etdirən məktubu bölgələrdə və ya Bakı şəhərində yerləşən Müştəri Xidmətləri və ya “Azercell Ekspress” ofislərinə təqdim etməlidirlər. Qeyd edək ki, “Korporativ Bölgə” tarifinin abunəçiləri üçün aylıq abunə haqqı tarifə qoşulan nömrələrin sayına görə dəyişir. Belə ki, 3-10 nömrə arası aylıq abunə haqqı 2 AZN, 10 və daha çox nömrə üçün isə 1 AZN təşkil edir. Məlumat üçün bildirək ki, tarifə tətbiq olunan endirimlər yalnız bölgələrdə istifadə oluna bilər.
Həmçinin, qeyd edək ki, korporativ abunəçilər üçün tətbiq edilən bu tarif “Azercell” şirkətinin bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasının tərkib hissəsidir. Bu strategiyanın çərçivəsində “Azercell” tərəfindən regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar, əsasən də, 3-cü dəqiqədən sonra şəbəkədaxili danışıqların pulsuz olmasını nəzərə alaraq abunəçilərə bütün istiqamətlərdə 5 qəpik tarifi ilə danışmağa imkan verən regional “Bolge” tarifini tətbiq edib.
RƏVAN
13/03/14 Çap et