Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da SMS spamların həcmi artıb
“Cloudmark”ın qiymətləndirməsinə görə, bu ilin yanvarında amerikalılar tərəfindən 7726 xidməti vasitəsilə mətn fişinqinə qarşı edilmiş şikayətlərin sayı 78 faiz artıb. Bu ay fişinq hücumları ilə məşğul olan şəxslərin fırıldaq SMS mesajların tematik tərkibinə töhfəsi 55 faiz təşkil edib.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, əvvəlcədən ödənilmiş debet kartlarının, xüsusən “AchieveCards”-ın sahibləri fişinq hücumları ilə məşğul olan şəxslər üçün ən cazibədar hədəf olublar. İlin birinci ayında fişerlər tərəfindən həyata keçirilmiş SMS hücumların 54 faizi belə obyektlərin payına düşüb. Məsələ ondadır ki, əvvəlcədən ödənilmiş debet kartları, bir qayda olaraq, pisniyyətli fişerlərdən qorunub. Eyni zamanda belə kartlardakı vəsaiti bir çox bankomatlar vasitəsilə nağdlaşdırmaq olar.
Mobil hesablar üçün identifikatorlar yanvarda ikinci ən populyar fişinq obyekti olub. “Cloudmark”un statistikasına əsasən, bu ay fişinq hücumlarının 30 faizi onların payına düşüb. Abunəçilərin hesabları üçün açarları ələ keçirmək üçün fırıldaqçılar teleoperatorların adından saxta SMS mesajlar göndəriblər. Ekspertlər deyirlər ki, belə hücumlar yaxşı hazırlığı ilə seçilib: fişinq imitasiyası praktiki olaraq səhvsiz görsənib.
Yanvarda yerdə qalan fırıldaq SMS mesajlar aşağıdakı qaydada təsnif edilir: işə düzəltmə – 9%; məhsulların reklamı – 8%; borc – 8%; "pulsuz" mükafat oyunları – 7%.
Emil Hüseynov
13/03/14 Çap et