Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mark Zukerberq Obamaya müraciət edib


“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq internetin təhlükəsizliyi ilə bağlı ABŞ prezidenti Barak Obamaya müraciət edib.
 
"Mən ABŞ hökumətinin fəaliyyəti haqqında çoxsaylı mesajlardan  məyus və narahat olmuşam. Bizim mühəndislərimiz təhlükəsizliyin gücləndirilməsi üzərində dayanmadan işlədikdə biz dövlətdən deyil, kibercinayətkarlardan qorunduğumuzu düşünürük" – Zukerberq sosial şəbəkədəki statusunda yazıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Zukerberq qeyd edib ki,  internetin təhlükəsizliyinə təhdid yaradan ABŞ hakimiyyətinin fəaliyyətindən narahatlığını ifadə etmək üçün Obamaya müraciət edib.
 
Emil Hüseynov
 
 
 
 
 





14/03/14    Çap et