Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da postları oxumaq əhval-ruhiyyəyə təsir edir


Amerikalı alimlərin araşdırmasına əsasən, “Facebook” sosial şəbəkəsində postları oxumaq insanın əhval-ruhiyyəsinə təsir edir. Məqalə “PLOS ONE” elmi jurnalında dərc edilib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, alimlər 2009-un yanvarından 2012-ci ilin martınadək olan dövrdə  əhalisi sıx 100 şəhərin sakinlərinin statuslarını təhlil etdikdən sonra belə qənaətə gəliblər.

Tədqiqatçılar müəyyən ediblər ki, dost və ya tanışların statuslarını oxumaq onu oxumuş  şəxslərin əhval-ruhiyyəsinə təsir edir.

Belə ki, sırf mənfi məzmunlu postlar onu oxumuş insanların əhval-ruhiyyəsini korlayıb və əksinə.

Emil Hüseynov




14/03/14    Çap et