Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Brüsseldə NATO və tərəfdaş ölkələr üçün İKT müzakirələri keçiriləcək
NATO-nun Brüsseldəki mənzil-qərargahında informasiya-kommunikasiya texnologiyaları istiqamətində növbəti müzakirələr keçiriləcək. NATO və tərəfdaş ölkələrin iştirak edəcəyi beynəlxalq tədbir bu il 26-28 mart tarixlərində baş tutacaq.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) İnformasiya cəmiyyətinin inkişafı şöbəsindən məlumat verilib. Şöbədən qeyd olunub ki, Sənaye Araşdırmaları və Rabitə Xidmətləri Qrupunun görüşündə bir sıra aktual məsələlər, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının sənayedə tətbiqi, elektron xidmətlər, onların sayı, təkmilləşdirilməsi məsələləri müzakirə olunacaq. Eyni zamanda ölkələrin təcrübələrinin öyrənilməsi, bu sahədə qarşıya çıxan çətinliklərin digər dövlətlərdə yaşanmaması üçün təkliflər səsləndiriləcək.
Şöbədən qeyd edilib ki, sözügedən tədbirdə RYTN əməkdaşı ölkəmizi təmsil edəcək.
SEYMUR
14/03/14 Çap et