Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi dövlət qurumları üçün İT mütəxəssisləri axtarır
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi informasiya texnologiyaları və təhlükəsizliyi üzrə mütəxəssisləri dövlət qurumlarında çalışmağa dəvət edir
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, mərkəzin yaydığı məlumatda deyilir ki, xidmət verdiyimiz dövlət qurumlarından bir neçəsinə informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində bilikləri olan işçilər tələb olunur. Onların xahişini nəzərə alaraq iş yeri elanı və seçimində onlara yardım edəcəyik. Bu sahədə bilik və bacarığı olanlar öz CV-sini “contact@cert.gov.az” e-mail ünvanına göndərə bilər.
Qeyd edək ki, Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi Azərbaycanın dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmətlər göstərir.
CAHANGİR
14/03/14 Çap et