Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Səlim Müslümov: “Bu ildən əmək kitabçaları öz funksiyasını itirəcək”
“Bu ilin sonuna kimi əmək kitabçaları yavaş-yavaş öz funksiyasını itirəcək”. Bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, biz artıq elektron qeydiyyat sisteminin proqram təminatını tam işləyib başa çatdırmışıq.
“Bu gün bununla bağlı ilk seminar keçiriləcək. Yaxın zamanlarda həmin proqramın geniş səviyyədə ictimaiyyətə təqdimatını keçirəcəyik. Ondan sonra birbaşa istifadəyə veriləcək və istismara başlanacaq. Bu proses tam həyata keçirildikdən sonra əmək kitabçaları özlərində daşıdıqları informasiyaya görə hər hansı bir funksiyanı yerinə yetirməyəcək. Çünki bütün məlumatlar hər bir işləyən şəxs barədə elektron informasiya bazasında olacaq”.
RƏVAN
14/03/14 Çap et