Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Novruz Bayramı günlərində poçt fasiləsiz işləyəcək


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin bütün mərkəzi poçt şöbələri Novruz Bayramı günlərində vətəndaşlara xidmət göstərəcək.
 
Bu barədə müəssisədən “ICTnews” elektron xəbər xidmətinə məlumat verilib.
 
Novruz Bayramı günlərində vətəndaşların bölgələrə səfərləri nəzərə alınmaqla bütün regional poçt şöbələri adi rejimdə işləyəcək. Burada rəhbərliyin ümumi koordinasiyası ilə işçilərin müəyyən növbəlilik prinsipi əsasında vətəndaşlara xidmət göstərəcəklər.
 
Qeyd edək ki,”Azərpoçt”MMC vətəndaşların rahatçılığının təmin edilməsi məqsədilə poçtalyonların mənzillərə sifarişlərini də təklif edir.
 
RƏVAN 
 




14/03/14    Çap et