Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türk hakerlər Suriyaya müharibə elan edib


Türkiyəli hakerlər Suriyada baş verən hadisələrə diqqət çəkmək üçün bu ölkənin Rabitə Nazirliyinin “www.moi.gov.sy” saytını “qırıb”. Hakerlər saytın ilk səhifəsinə ingilis dilində Quranın Nisa surəsinin 93-cü ayəsini yerləşdirib. Ayədə deyilir :“Kim bir mömini qəsdən öldürsə, cəzası içərisində əbədiyyən qalacağı cəhənnəmdir. Allah ona qəzəblənmiş, onu lənətləmişdir və onun üçün böyük bir əzab hazırlanmışdır”.
“Ossi3” adlı haker saytda Suriya rəhbərliyi üçün mesaj da qoyub. Həmin mesajda deyilir: “Bir rəhbər öz insanlarını necə öldürə bilər? Etdikləriniz islama ziddir. Sabah çox gec ola bilər. İnsanların qətlini dayandırın”.




17/08/11    Çap et