Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti Çində axtarış sorğularını şifrləməyə başlayıb


“Google” şirkəti Çində istifadəçilərin axtarış sorğularını şifrləməyə başlayıb. “The Washington Post” nəşri yazır ki, internet nəhəngi bu addımını rəsmi sorğuları məxfi saxlamaq istəyi ilə izah edir. Digər tərəfdən, bu addım, həmçinin ABŞ Milli Təhlükəsizlik Agentliyinin fəaliyyətinə cavab ola bilər.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Google”dan bildirilib ki, şirkət hazırda bütün mətn axtarış sorğularını başlanğıc ayar kimi şifrləyir.

"Son hadisələr şəbəkə və məlumatların güclü mühafizəsini tələb və təsdiq edir" – “Google”un mətbuat katibi Nikki Kristoff deyib.

Emil Hüseynov




15/03/14    Çap et