Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MSpy” şirkəti casus smartfonların satışına başlayıb


“MSpy” şirkəti sahibindən xəbərsiz əvvəlcədən casus proqramlar quraşdırılmış smartfon modellərinin satışlarına başlayıb. Bu qurğuların əsas auditoriyası öz əməkdaşlarını izləmək istəyən işə götürənlər, uşağı haqqında hər şeydən xəbərdar olmaq istəyən valideynlər, həmçinin həyat yoldaşlarıdır.

“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “mSpy” şirkətinin casus içliyi smartfonda istənilən aktivliyi izləməyə bilir: zəng və daxil olunan saytların tarixçəsi, elektron poçt vasitəsilə, “WhatsApp”, “iMessage”, “Viber” messencerlərində yazışma. Həmçinin təqvimdəki hadisələr, səs və düymələrin sıxılmasını qeydə alır, mikrofon vasitəsilə ətrafı gizlicə dinləyir, GPS üzrə yeri müəyyən edir.

Bütün informasiya istifadəçidən xəbərsiz serverlərə göndərilir. Casus smartfonun sifarişçisi “mSpy” saytındakı şəxsi kabinetindən məlumatlara baxa bilər. Həmçinin şəxsi kabinetdən qurğunu məsafədən blok edə və onun tərkibini silə bilər.

“MSpy” şirkətinin yaradıcısı belaruslu 27 yaşlı Andrey Şimanoviçdir. O, bu yaxınlarda Nyu-Yorka köçüb. Şirkət casus proqram təminatını “HTC One”, “Nexus 5”, “Samsung Galaxy S4” və “iPhone 5S” daxil olmaqla müasir modellərə əvvəlcədən quraşdırır.

Emil Hüseynov




15/03/14    Çap et