Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” səkkiznüvəli prosessorla təchiz edilmiş ucuz “Redmi Note” smartfonunu istehsal edəcək


Çinin "Xiaomi" şirkəti yaxın vaxtlarda 5,5 düymlük HD ekranla təchiz edilmiş ucuz "Redmi Note" smartfonunu təqdim etməyi planlaşdırır. İlkin məlumatlara əsasən, aparat 1.4-1.7 QHs takt tezlikli səkkiznüvəli prosessorla təchiz edilib. Hələlik yeni qurğu haqqında başqa informasiya yoxdur, qurğunun təxmini qiyməti təxminən 160 dollardır.

"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, martın 19-da "Xiaomi" şirkəti "Redmi Note" smartfonuna ilkin sifarişləri qəbul etməyə başlayacaq.

Emil Hüseynov





17/03/14    Çap et