Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung Galaxy S3 Slim” smartfonu nümayiş etdirilib
“Samsung” şirkəti bu yaxınlarda Braziliya bazarında “Samsung Galaxy S3 Slim” adlı aparat nümayiş etdirib. Aparat 960x540 piksel təsvir ölçülü 4,5 düymlük ekran, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, 5 və 0,3 meqapiksellik kamera və 2100 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Samsung Galaxy S3 Slim” smartfonu “Android 4.2” platforması ilə işləyir. Adına baxmayaraq, smartfonun qalınlığı 9,7 millimetrdir.
Emil Hüseynov
17/03/14 Çap et