Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robot kubik-rubikin yığılması sürətinə görə dünya rekordu qırıb


“ARM” mikroprosessoru əsasında işləyən “Cubestormer 3” robotu dünya rekordu qıraraq 3,253 saniyə ərzində “kubik-rubik”  yığıb. Əvvəlki rekord “Cubestormer 2” robotu tərəfindən təyin edilib və o, 5,27 saniyə olub. Müqayisə üçün “kubik-rubik”ininsan tərəfindən yığılması rekordu 5,55 saniyəyə bərabərdir.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Cubestormer 3” robotu “ARM” şirkətinin baş mühəndisi DevidQildey və “Securi-Plex” təhlükəsizlik sistemlərinin mühəndisiMaykDobstontərəfindən asudə zamanı hazırlanıb. Yeni robot “BigBangFair 2014” sərgisində sınaqdan keçirilib.

Robot “SamsungGalaxy S4” smartfonu ilə idarə olunur: kubikin təsvirini təhlil edərək əmrləri manipulyatora ötürür.

Emil Hüseynov





18/03/14    Çap et