Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İTİDF-in elan etdiyi 1-ci qrant müsabiqəsi ilə bağlı İnformasiya Sessiyası keçiriləcək



Sabah Yüksək Texnologiyalar Parkında Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) elan etdiyi 1-ci qrant müsabiqəsi ilə bağlı İnformasiya Sessiyası keçiriləcək.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə layihələrin müsabiqəyə təqdim olunması qaydaları ilə bağlı məlumat veriləcək.
Layihələrə 10 mindən 300 minədək vəsait ayrılması nəzərdə tutulub. Qəbul edilməyən layihələrin müəlliflərinə əsaslandırma təqdim ediləcək və bu sənəddə layihənin hansı kriterilərə uyğun gəlmədiyi izah ediləcək.
 
Aynur Vəliyeva 
 

  

 
 





18/03/14    Çap et