Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” sifətin tanınması sistemini mükəmmələşdirib
“The Independent” nəşri yazır ki, “Facebook” sosial şəbəkəsinin mütəxəssisləri sifətin tanınması sistemini təkmilləşdiriblər. Yeni proqram təminatı “DeepFace” adlandırılıb. Proqram sistem iki fotoşəkildə eyni insanın təsvir olunmasını 97,25 faiz dəqiqliyi ilə müəyyən edə bilir. İnsanlarda bu göstərici 97,5 faiz təşkil edir.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, sistemin sınaqdan keçirilməsi üçün 4,03 min insanın 4.4 mln nişanlanmış təsvirindən istifadə olunub. Bu həll hələ ki sosial şəbəkədə tətbiq edilməyib.
Emil Hüseynov
18/03/14 Çap et