Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ilədək 130 milyon istifadəçi videozənglərdən istifadə edəcək


“Juniper Research” analitiklərinin proqnozuna əsasən, 2018-ci ilədək videozənglər etməyə imkan verən xidmətlərin istifadəçilərinin sayı 130 milyona çatacaq.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklər deyirlər ki, real vaxt rejimində göz-gözə ünsiyyət üçün videotəsvir translyasiya edən internet xidmətlərinin gəlirliliyi şübhə altındadır.

Sözügedən OTT layihələrinin istifadəçiləri, bir qayda olaraq, videoəlaqə üçün ödəniş etmirlər, buna görə onların sahibləri yeni texnologiyaların tətbiqi, mobil tətbiqlərin hazırlanması ilə gəlir qazanmaq istəyirlər.

“Ericsson” telekommunikasiya avadanlığı istehsalçısının hesablamasına görə, 2018-ci ilin sonunadək qlobal trafikdə videoməzmunun payı 60 faizədək artacaq. Hazırda bu göstərici 31 faizdir. Bəzi operatorlarda abunəçilər aylıq orta hesabla təxminən 2,6 QB həcmində videoçarxlar yükləyirlər.

Emil Hüseynov





19/03/14    Çap et