Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ilədək videokonfrans əlaqə əsas işgüzar ünsiyyət vasitəsi olacaq


HR mütəxəssisləri hesab edirlər ki, üç il sonra videokonfrans əlaqə işgüzar ünsiyyət üçün əsas vasitə olacaq.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Polycom” şirkətinin sifarişi üzrə keçirilmiş sorğunun nəticələrinə əsasən, yüksəkrütbəli HR menecerlərin 98 faizi hesab edir ki, videoəlaqə məsafə anlayışını aradan qaldırır və işin məhsuldarlığını yüksəldir.

Rəyi soruşulanların 56 faizi deyib ki, 2016-cı ilədək videoəlaqə onlar üçün əsas əlaqə növü olacaq, 49 faizi isə elektron poçta üstünlük verib.

Hazırda HR menecerlərin 88 faizi işgüzar ünsiyyət üçün elektron poçta, 62 faizi  səs əlaqəsi və konfrans əlaqə, 46 faizi isə videokonfrans əlaqəyə üstünlük verir.

Emil Hüseynov




19/03/14    Çap et