Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android Wear” sistemi təqdim olunub
“Google” şirkəti smart saat, internetə qoşulan eynək kimi miniatür elektron qurğular üçün “Android Wear” platformasını təqdim edib.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Google” şirkətindən bildirilib ki, “Android Wear” platformasının işə salınması üzrə aparat tərəfdaşları “LG”, “Asus”, “HTC”, “Motorola” və “Samsung” şirkətləri, çip tərəfdaşları isə “Broadcom”, “Imagination”, “Intel”, “MediaTek” və “Qualcomm” şirkətləridir. Bu ilin sonunadək “The Fossil Group” “Android Wear” platforması ilə işləyən saat buraxacaq.
“Gartner”in qiymətləndirməsinə əsasən, 2016-cı ilədək qlobal daşınan elektronika bazarının həcmi 10 milyard dollar təşkil edəcək.
Emil Hüseynov
19/03/14 Çap et