Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakinternet ” “İPv6” standartını dəstəkləyən platforma əsasında işləyəcək
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Bakinternet II” provayderini yaratmaq niyyətindədir.
BTRİB-in texnika üzrə baş mütəxəssisi Elman Qədirovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bu layihə çərçivəsində tələb olunan avadanlıqları istehsal edən şirkətlərlə danışıqlar aparılır.
“Biz artıq layihə çərçivəsində istehsalçı şirkətlərlə danışıqlara başlamışıq və aprelin ortalarınadək artıq seçimimizi müəyyən edəcəyik. Layihənin məqsədi artıq mövcud dövlət internet provayderi “Bakinternet”in üzərinə düşən trafik yükünü bölərək onun bir hissəsini “Bakinternet II” provayderinə ötürməkdir.
Hazırda “Bakinternet”in şəbəkəsində 140 mindən yuxarı istifadəçisi var. Əsas məqsəd isə ölkədə artıq tükənən “İPv4” internet ünvanlarının yeni və daha geniş imkanlara malik olan alternativini “İPv6” internet ünvanları təqdim edəcək platformanı yaratmaqdır və qlobal “İPv6” standartına keçidə hazırlaşmaqdır”,- deyə o bildirib.
Onun sözlərinə əsasən, ən yaxşı halda bu layihə birinci yarımilliyin sonuna kimi reallaşacaq.
Aynur Vəliyeva
19/03/14 Çap et