Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Dropbox” “Zulip” startapını satın alır


“TechCrunch” internet nəşrinin məlumatlarına əsasən, “Dropbox” “bulud” saxlancı xidməti “Zulip” çat-platformasını satın alıb. Rəsmi məlumat verilməsə də, lakin “Pastebin” saytında “Zulip” rəhbərliyinin şirkətin əməkdaşlarına ünvanlanmış məktubu dərc edilib. Bildirilir ki, “Dropbox” sözügedən şirkəti satın alıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Zulip” şirkətinin əsası “Oracle”dan gəlmələr tərəfindən qoyulub. Xidmət bu yaxın vaxtlaradək məxfi beta-versiya mərhələsində olub. “Zulip” çat platformasının köməyi ilə əməkdaşlar real vaxt rejimində ünsiyyət saxlamağa, məlumatlarla mübadilə edə və əvvəl dərc edilmiş postlarda axtarış həyata keçirə bilərlər.

Emil Hüseynov





19/03/14    Çap et