Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Instagram” sosial xidmətinin auditoriyası 200 milyonu ötüb


Populyar “Instagram” sosial xidmətindən bildirilib ki, onun istifadəçilərinin sayı 200 milyonu ötüb. “Facebook” şirkətinə məxsus “Instagram”ın nümayəndələri, həmçinin deyib ki, istifadəçilər onun meydançasının köməyi ilə ümumilikdə 20 milyarddan çox fotoşəkil paylaşıblar.

Xatırladaq ki, 6 ay əvvəl “Instagram” xidmətinin auditoriyası 150 milyon, bir il əvvəl isə 100 milyon istifadəçidən ibarət olub.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, xidmətin bloqunda dərc edilmiş məlumata əsasən, son zamanlar resursun bir çox istifadəçiləri yerli coğrafi cəmiyyətlər yaratmağa başlayıblar. Şirkətin yanvarda keçirdiyi “Worldwide InstaMeet 8” tədbirində müxtəlif “Instagram”-cəmiyyətlər bir-biri ilə ünsiyyət saxlaya biliblər.

Emil Hüseynov





27/03/14    Çap et