Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” və “HTC” arasında patent münaqişəsi kəskinləşir


“HTC” şirkəti ”Apple”-a qarşı əqli mülkiyyətin oğurlanması ilə bağlı yeni ittihamlar irəli sürüb. Belə ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası, eləcə də “Delaver” ştatının dairə məhkəməsinə təqdim edilmiş sənədlərdə Stiv Cobsun rəhbərlik etdiyi şirkət 2008 və 2010-cu illərdə verilmiş üç patent hüququnun pozulmasında günahlandırılır. Burada söhbət “Wi-Fi” simsiz rabitəsi ilə bağlı texnologiyalardan gedir.
“HTC” ABŞ-da nəinki “iPad” planşeti, “iPod” pleyeri və “iPhone” smartfonlarının, hətta “Apple” personal kompyuterlərin də satışına qadağa qoyulmasını tələb edir. Bundan əlavə iddiaçı “patentlərin qəsdən pozulmasına” görə cavabdehdən ona dəymiş ziyanın ödənilməsi üçün üçqat məbləğdə ödənişin tutulmasına nail olmaq niyyətindədir.
Xatırladaq ki, ötən il “Apple” və “HTC” bir-birlərini portativ qurğularda müdafiə olunan işləmələrin tətbiqində günahlandıraraq məhkəmədə iddia qaldırmışdır. “Apple”-da hesab edirlər ki, “HTC”, buna icazə olmadan öz smartfonlarında proqram arxitekturası, istifadəçi interfeysi vasitələri, sensor displey, hərəkətin müəyyən edilməsi qurğusu və digər həllərə dair texnologiyalardan istifadə edir. Qeyd edək ki, tərəflər arasında məhkəmə çəkişmələri ABŞ-la yanaşı, Avropada da davam edir.


business.compulenta.ru




17/08/11    Çap et